Ansoff matrisi

Ansoff matrisi – XX əsrin 50-ci illərində Q.Ansoff tərəfindən hazırlanan və bazarlarda firmanın davranışının marketinq strategiyasının təsnifatləşdirilməsinə aid olan matrisdir. Təsnifatlaşmanın meyarı "məhsul-bazar" əlaqəsidir. Ansoff matrisində dördlokal strateji alternativlər birləşmişdir:

  • bazara nüfuz etmə strategiyası hər şeydən əvvəl reklam sahəsində spesifik marketinq vasitələrinin köməyilə reallaşır. Məsələn, firmanın marketinq xidməti məhsulun "təkrar buraxılışı"nı (yüngül modifikasiya olunmuş formada) və ya məhsulun "bölgüsü"nü (yeni məhsullar kimi onun komponentlərinin təklifi) həyata keçirilə bilər;
  • bazarın inkişaf strategiyası yeni coğrafi regionların və ya yeni satış kanallarından istifadə edilməsi hesabına yeni istehlakçılar qrupunu tələb edir;
  • məhsulun inkişaf strategiyası çərçivəsində firmanın marketinq xidməti məhsulun xarakteristikasının (xarici görünüşünün və s.) təkmilləşdirilməsi üzrə istehsal bölmələrinə tövsiyələr verməlidir;
  • diversifikasiya o zaman mümkündür ki, firma öz texnologiyasının üstünlüklərindən istifadə edərək, istehlakçılara yeni məhsulları və hətta yeni tələbatların formalaşmasını təklif edə bilir. Ansoffun tipik matrisı

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search